İsa Həbibbəyli: Türkiyə ilə bir akademiya — iki rəhbər prinsipilə əməkdaşlıq edirik
sizinxeber.az xəbər saytı

İsa Həbibbəyli: Türkiyə ilə bir akademiya — iki rəhbər prinsipilə əməkdaşlıq edirik


Azərbaycanın və Türkiyənin milli elmlər akademiyaları bir akademiya — iki rəhbər prinsipilə əməkdaşlıq edirlər.

Bunu “Sizinxeber.az”un Türkiyə bürosuna AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ankara Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyilə əlaqədar keçirilmiş tədbirdən sonra söyləyib.

O deyib ki, Akademiyanın 80 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamdan sonra AMEA-da qərbi azərbaycanlılar, türk dünyası və süni intellektlə bağlı araşdırmalar, elmi tədqiqat işləri aparılıb və Türkiyə ilə əməkdaşlıq genişlənib:

“Bu gün Ankara Universitetinin bu Senato salonunda akademiyamızın yubiley tədbirinin keçirilməsi, Azərbaycan ilə Türkiyə universitetləri, elmi qurumları arasında yaxınlığın artması genişlənən əməkdaşlığın nümunəsidir”.

AMEA-nın dünyanın ən böyük elmi müəssisələrindən biri olduğunu vurğulayan akademik başçılıq etdiyi elmi müəssisənin önəmli araşdırmalara imza atığını da qeyd edib: “Akademiya xalqımızın intellektual səviyyəsinin artırılmasına xidmət edir. Yenilikçi elm adamları bu müəssisədə yetişib və yetişməkdə də davam edir”.

Oxşar xəbərlər

Ankarada AMEA-nın 80 illiyi qeyd olunub
Gələn ay AMEA-nın ümumi yığıncağı keçiriləcək
Türk dünyasının görkəmli şəxsiyyətləri ilə bağlı ortaq elmi layihələrin icrası müzakirə edilib
AMEA prezidenti: Elmi mükafatları ancaq inkişaf etmiş ölkələrin ala biləcəyinə dair mifi dağıtmalıyıq
Türkiyə Elmlər Akademiyasının başçısı: Gənc alimlərə doktorantura dissertasiyası üçün birgə dəstək veririk

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle