Könül Əhmədsoy: “Xəzər regionunda ən sərt ekoloji standartlar tətbiq edilməlidir”
Xəzər dənizi qapalı su hövzəsi olaraq məhdud özünübərpa qabiliyyətinə malikdir. Buna görə də regionda ən sərt ekoloji standartlar tətbiq edilməlidir.
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin layihələrin və ətraf mühitin mühafizəsi üzrə normativ sənədlərin ekspertizası şöbəsinin baş məsləhətçisi Könül Əhmədsoy Bakıda keçirilən “IADC Drilling Caspian 2025” konfrans və sərgisində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda mütəxəssislər əməliyyatlar zamanı xüsusilə ehtiyatlı yanaşma tətbiq edirlər.
"Bəzən operatorlar Şimal dənizi, Meksika və ya Fars körfəzində istifadə olunan standartlara və ya texnologiyalara istinad edirlər. Lakin Xəzər tamamilə başqa bir hekayədir. Xəzər unikal endemik və biomüxtəlif mühitə malikdir. O, qapalı su hövzəsidir və açıq dənizlərdə, okeanlarda tətbiq olunan metodlar həmişə ona uyğun gəlmir. Qapalı su hövzəsi olaraq özünübərpa imkanları məhduddur. Bundan əlavə, uzun illər ərzində aktiv neft və qaz hasilatı ona əhəmiyyətli ziyan vurub. Burada hasilat insanlar ətraf mühitin qorunması barədə düşünməyə və bu proseslərin risklərini dərk etməyə başlamazdan xeyli əvvəl başlayıb", - nazirlik rəsmisi qeyd edib.
K.Əhmədsoy vurğulayıb ki, nazirlik Xəzərdəki layihələrin bütün dünyaya nümunə olması üçün regionda ən yaxşı beynəlxalq təcrübələrin, ən sərt ekoloji standartların tətbiqini vacib hesab edir: "Bu prinsip təkcə dəniz üçün deyil, quru üçün də vacibdir. Təəssüf ki, Abşeron yarımadasında, Kür və Araz çaylarının aşağı axarlarında minlərlə hektar torpaq neft məhsulları ilə çirklənib. Bu problemin həlli kompleks yanaşma tələb edir. Məhz buna görə də Xəzər regionu xüsusi diqqət və qayğıya ehtiyac duyur. Məqsədimiz aydındır: biz təbiətin bərpasına imkan verməklə yanaşı, ekoloji məhdudiyyətlər çərçivəsində istehsal nəticələrinə nail olmalıyıq".
Oxşar xəbərlər
Dövlət Ekoloji Ekspertiza Agentliyi: Xəzərdəki layihələrdə ən sərt ekoloji standartların tətbiqi vacibdir
Nigar Arpadarai: Xəzərin iqlim dəyişikliklərinin təsirlərinə həssaslığı hər gün müşahidə edilir
Bakıda qazma üzrə beynəlxalq sərgi və konfrans keçirilir
Vladimir Qrebnev: Qlobal istiləşmə Xəzər regionunda yaşayan milyonlarla insana birbaşa təsir göstərir
Xələf Xələfov: Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət üçün maliyyə dəstəyi ayrılmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












