Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib
Ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin artırılması, avtomobillərdən atmosferə atılan zərərli tullantıların insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib.
“Report”un Muğan bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb.
Yol polisi əməkdaşları tərəfindən sürücülərin bir daha diqqətinə çatdırılıb ki, avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir.
Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb.
Oxşar xəbərlər
DYP "Təmiz hava" aylığı ilə bağlı müraciət edib
Biləsuvarda ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib
Şuşada ətrafı zibilləyən 64 nəfər cərimələnib
Biləsuvarda ətraf mühiti zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
