Sabah yağış yağacaq, dolu düşəcək - PROQNOZ
sizinxeber.az xəbər saytı

Sabah yağış yağacaq, dolu düşəcək - PROQNOZ


Sentyabrın 26-da Azərbaycanın bəzi yerlərində yağış yağacaq, dolu düşəcək.

Bu barədə "Sizinxeber.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-27° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

Oxşar xəbərlər

Sabah arabir yağış yağacaq - PROQNOZ
Sabah yağış yağacaq, bəzi yerlərə dolu düşəcək
Sabah yenə yağış yağacaq - PROQNOZ
Sabah yağış yağacaq - PROQNOZ
Sabah yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək - PROQNOZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər