Dövlət Xidməti: Qanunsuz ağac kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib
sizinxeber.az xəbər saytı

Dövlət Xidməti: Qanunsuz ağac kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qax və Oğuz rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

"Report" xidmətə istinadən xəbər verir ki, araşdırma zamanı Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 120A ünvanında, Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsində, Yasamal rayonu Müzəffər Həsənov küçəsi 69 ünvanında, Sumqayıt şəhəri Səməd Vurğun küçəsində, Abşeron rayonu Masazır kəndi Rafiq Dünyamalıyev küçəsi 20A ünvanında, Qax rayonu Qazmalar kəndi ərazisində, Qax rayonu Tasmalı kəndi yaxınlığında, Oğuz rayonu Filfilli kəndi ərazisində və Oğuz rayonu Yaqublu kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 140 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Oxşar xəbərlər

Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Bir çox ərazidə ağac və kollar qanunsuz kəsilib, təbiətə 191 min manatdan çox ziyan dəyib
Yaşıllıqların qanunsuz kəsilməsinə görə təbiətə 68 min manatdan çox ziyan dəyib
Son həftə qanunsuz ağac kəsimi ilə bağlı təbiətə 144 min manatdan çox ziyan dəyib
Son bir həftədə ağacların qanunsuz kəsilməsi ilə bağlı yaşıllıqlara 225 min manatdan çox ziyan dəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər