Astrofizika kafedrası: Bu gün maqnit qasırğası müşahidə olunur
Orta coğrafi enliklərdə iyunun 2-si səhər saatlarında 10 ballıq şkala ilə 6 ballıq maqnit qasırğası olub.
Bu barədə "Report"a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat evrilib.
Bildirilib ki, saat 09:00-dan sonra qasırğanın gücü 5, saat 12:00-dan sonra isə 4 bal olacaq. Qasırğanın 5-dən aşağı balı Yerə nisbətən təsirsiz ötüşür. Yüksək coğrafi enliklərdə saat 12:00-dək maqnit qasırğasının gücünün 10 ballıq şkala ilə 6-7, günün sonu üçün 3-4, iyunun 3-ü saat 03:00-12:00 aralığında 5-6 bal olacağı gözlənilir.
Orta coğrafi enliklərdə iyunun 2-də saat 15:00-dan sonra maqnit sahəsinin göstəriciləri fon səviyyəsində olacaq.
Yaranan qasırğalar Günəşdə baş vermiş alışmaların STEREO və LASCO koronoqrafları ilə çəkilmiş şəkillərinə görə müəyyən olunub. Mayın 31-də baş vermiş tac kütlə atılması Yer yaxınlığından keçərək maqnit qasırğası yaradıb.
Oxşar xəbərlər
Maqnit qasırğası müşahidə olunur
Geomaqnit qasırğası bu gün günorta saatlarınadək davam edəcək - FOTO
Geomaqnit qasırğası günorta saatlarınadək davam edəcək
Yerdə güclü maqnit qasırğası başlanıb
BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 4-5-də geomaqnit qasırğası gözlənilir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"













