Deputat: Həkimlər xəstələrə istehlak səbətinə daxil olmayan bahalı meyvələr yeməyi təklif edir
Həkimlər xəstələrə istehlak səbətinə daxil olmayan bahalı meyvələr yeməyi təklif edir.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Yaşayış minimumu haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, bəzi hallarda xəstələrin özünə gücləndirilmiş qida rasionu, o cümlədən qida əlavələri verilməlidir: “Azərbaycanda minimum istehlak səbətinə qida əlavələri daxil deyil. Ona görə də həm xəstələr üçün, həm də təhsil və sosial müəssisələrdə qida əlavələri də verilməlidir. Onlar çox yeməməlidir, güclü qidalanmalıdır. Bu siyahıya Silahlı Qüvvələr və azadlıqdan məhrumetmə yerlərində cəzaçəkən şəxsləri də əlavə edək. Çünki onlar da dövlət tərəfindən qidalandırılır”.
Deputat qeyd edib ki, bir çox xəstələrə həkimlər bahalı meyvələr təklif edir: “Məsələn avokado. Bahalıdır və istehlak səbətinə daxil deyil”.
Oxşar xəbərlər
Xəstəxanalar, təhsil və sosial müəssisələrdə yeni qida normaları müəyyənləşəcək
Deputat: Qiymət artımı nə vaxtdan istehlakçıların hüquqlarının müdafiəsi hesab olunur?
“Yaşayış minimumu haqqında” qanuna dəyişiklik birinci oxunuşda qəbul edilib
Deputat istilik təchizatı sahəsinin özəlləşdirilməsini təklif edib
Azərbaycanda tibb, təhsil və sosial müdafiə müəssisələrində yeni qida normaları təsdiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bölgələrdə PENSİYALAR bu tarixdə ÖDƏNİLƏCƏK
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Azərbaycandan səsləri o açıqlayacaq
