Gələn il Bakıda İƏT-ə üzv dövlətlərin anti-korrupsiya qurumlarının yüksək səviyyəli görüşü olacaq
sizinxeber.az xəbər saytı

Gələn il Bakıda İƏT-ə üzv dövlətlərin anti-korrupsiya qurumlarının yüksək səviyyəli görüşü olacaq


Gələn il Bakıda İƏT-ə üzv dövlətlərin anti-korrupsiya qurumlarının yüksək səviyyəli görüşü olacaq.

Sizinxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi (GlobE Network) çərçivəsindəki Altıncı Plenar İclasının bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Heydər Məmmədov deyib.

Baş prokurorun müavini, Azərbaycan hökumətinin korrupsiya ilə mübarizənin qarşısında qoyduğu güclü iradəni və bu sahədəki hüquqi təşəbbüsləri qeyd edərək, ölkənin anti-korrupsiya tədbirlərinin qlobal səviyyədə dəstək tapdığını bildirib. O, həmçinin tədbirin uğurlu təşkilində və müzakirələrin geniş spektrini əhatə etməsində göstərilən əməkdaşlıq üçün GlobE Şəbəkəsi və digər tərəfdaşlara təşəkkür edib.

Bundan əlavə, Baş prokurorun müavini qeyd edib ki, ötən ilin 26-27 noyabr tarixlərində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci yüksək səviyyəli görüşündə, Azərbaycan İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurum rəhbərlərinin Bürosunun sədr müavini seçilib.

Həmçinin, 2026-cı ildə keçiriləcək növbəti sessiya və yüksək səviyyəli görüşə ev sahibliyi etmə hüququ Azərbaycana həvalə olunub.

Qeyd edilib ki, Bakıda keçirilən üç gün ərzində, dünyanın 90-dan çox ölkəsindən gələn 300-dən çox nümayəndə yeni texnologiyaların hüquq mühafizə orqanlarına təsiri, ekoloji cinayətlərin qarşısının alınması və oğurlanmış aktivlərin bərpası kimi aktual mövzular üzərində müzakirələr aparıb.

Oxşar xəbərlər

Gələn il Bakıda İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurumlarının yüksək səviyyəli görüşü keçiriləcək
Baş Prokurorun müavini: GlobE Şəbəkəsi korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacib platformasıdır
GlobE Şəbəkəsinin Bakıda keçirilən Altıncı Plenar iclası başa çatıb
Bricit Strobel-Şou: Korrupsiyaya qarşı mübarizə üçün hər şeyi etməliyik
Baş prokuror BMT-nin Korrupsiya və iqtisadi cinayətlər üzrə şöbəsinin rəhbəri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər