Gələn il Bakıda İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurumlarının yüksək səviyyəli görüşü keçiriləcək
- 22-05-2025, 17:30
- Siyasət / Daxili siyasət
- 0
- 1 005
Gələn il İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurumlarının yüksək səviyyəli görüşü Bakıda keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclasında deyib.
O bildirib ki, ötən ilin 26-27 noyabr tarixlərində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci yüksək səviyyəli görüşündə, Azərbaycan İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurum rəhbərlərinin Bürosunun sədr müavini seçilib:
" Həmçinin, 2026-cı ildə keçiriləcək növbəti sessiya və yüksək səviyyəli görüşə ev sahibliyi etmə hüququ Azərbaycana həvalə olunub".
Heydər Məmmədov, Azərbaycan hökumətinin korrupsiya ilə mübarizənin qarşısında qoyduğu güclü iradəni və bu sahədəki hüquqi təşəbbüsləri qeyd edərək, ölkənin anti-korrupsiya tədbirlərinin qlobal səviyyədə dəstək tapdığını bildirib.
O, həmçinin tədbirin uğurlu təşkilində və müzakirələrin geniş spektrini əhatə etməsində göstərilən əməkdaşlıq üçün GlobE Şəbəkəsi və digər tərəfdaşlara təşəkkür edib.
Bundan əlavə, Baş prokurorun müavini qeyd edib ki, Bakıda keçirilən üç gün ərzində, dünyanın 90-dan çox ölkəsindən gələn 300-dən çox nümayəndə yeni texnologiyaların hüquq mühafizə orqanlarına təsiri, ekoloji cinayətlərin qarşısının alınması və oğurlanmış aktivlərin bərpası kimi aktual mövzular üzərində müzakirələr aparıb.


width="220" alt="Bakıda "GlobE Network"un altıncı plenar iclası keçirilir" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />