

Baş prokuror BMT-nin Korrupsiya və iqtisadi cinayətlər üzrə şöbəsinin rəhbəri ilə görüşüb
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və iqtisadi cinayətlər şöbəsinin rəhbəri Azərbaycanda işgüzar səfərdədir.
Azərbaycan Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə 19–23 may tarixlərində Bakı şəhərində sözügedən beynəlxalq təşkilatın Altıncı Plenar İclas və İdarəetmə Komitəsinin Onuncu Görüşü keçirilir. Tədbir çərçivəsində, beynəlxalq təşkilatlar və xarici dövlətlərin nümayəndə heyətləri ilə bir sıra görüşlər təşkil olunub.
Bu gün, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri xanım Bricit Strobel-Şou ilə görüşüb. Görüşdə, ölkələr arasında əməkdaşlığın inkişafı və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məsələləri müzakirə olunub.
Baş prokuror Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvü olduğunu qeyd edib. O, həmçinin, ulu öndər Heydər Əliyevin 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan ilə BMT arasında möhkəm tərəfdaşlığın əsası qoyulduğunu vurğulayıb.
Kamran Əliyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə sahəsindəki təşəbbüslərini yüksək qiymətləndirib. O, Azərbaycanın bu sahədəki müsbət təcrübəsini və BMT ilə əməkdaşlıqda əldə edilən uğurları diqqətə çatdırıb.
Bundan əlavə, Baş Prokuror Kamran Əliyev, 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, ölkəmizin beynəlxalq müstəvidə mədəniyyətlərarası dialoq və iqlim dəyişikliklərinə dair fəal iştirakını və sadiqliyini nümayiş etdirdiyini qeyd edib.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri xanım Bricit Strobel-Şou, Azərbaycan ilə qurduqları əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, Azərbaycanın beynəlxalq hüquqi əməkdaşlıq sahəsindəki töhfələrini yüksək qiymətləndirib.
Nümayəndə heyətinin Azərbaycandakı işgüzar səfəri davam edir.
Oxşar xəbərlər
Bricit Strobel-Şou: Korrupsiyaya qarşı mübarizə üçün hər şeyi etməliyik
Bakıda BMT-nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Şəbəkəsinin İdarəetmə Komitəsinin onuncu görüşü keçirilir
BMT rəsmisi: Bakıdakı sammitin əsas məqsədi korrupsiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsidir
Baş Prokuror BMT-nin Baş katibinin müavini ilə görüşüb
Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının VI plenar iclasının açılışı olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Coratda güclü yanğın baş verib
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
-
Ukraynanın xarici işlər naziri Bakıda Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
-
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
