Hindistan mühərrik problemi səbəbilə peyk daşıyan raketi kosmosa göndərə bilmədi
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) tədqiqat peykini kosmosa göndərmək üçün nəzərdə tutulan raketin buraxılışını bir mühərrikdə baş vermiş nasazlıq səbəbilə həyata keçirə bilməyib.
Sizinxeber.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri V. Narayanan brifinqdə məlumat verib.
“Şrixarikota kosmodromundan 101-ci buraxılış – PSLV-C61 EOS-09 missiyasını həyata keçirməyi planlaşdırırdıq. PSLV – dörd pilləli raketdir və ikinci pilləyə qədər hər şey normal idi. Üçüncü pillənin mühərriki uğurla işə düşdü, lakin onun işlədiyi zaman nasazlıq müşahidə etdik və buna görə missiya yerinə yetirilə bilmədi”, – deyə o bildirib.
Narayananın sözlərinə görə, mühərrikin korpusunda təzyiqin azalması müşahidə olunub. “Hadisəni araşdırırıq və tezliklə nəticələrlə qayıdacağıq”, – deyə əlavə edib.
EOS-09 – Yer səthini müşahidə edən peykdir. O, istənilən hava şəraitində, həm gündüz, həm də gecə görüntülər çəkə bilir. Bu görüntülər kənd təsərrüfatı, meşə təsərrüfatı, şəhərsalma, milli təhlükəsizlik və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün əhəmiyyətlidir.
Qeyd edək ki, PSLV – yüngül sinifli, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş dörd pilləli raketdaşıyıcıdır. Onun birinci və üçüncü pillələrində bərk yanacaqlı mühərriklər, ikinci pilləsində isə maye yanacaqla işləyən Vikas raket mühərriki istifadə olunur (yanacaq – heptil, oksidləşdirici – azot tetroksidi). Dördüncü pillədə iki maye yanacaqlı mühərrik yerləşdirilib və bu mühərriklər monometilhidrazinlə işləyir (oksidləşdirici – azot oksidlərinin qarışığı).
PSLV-G versiyasında əlavə olaraq altı start sürətləndiricisi tətbiq olunur. PSLV-XL versiyasında da altı, lakin daha güclü sürətləndiricilər mövcuddur. PSLV-DL və PSLV-QL versiyalarında isə uyğun olaraq iki və dörd sürətləndirici istifadə olunur (bunlar PSLV-XL-də istifadə olunanlarla eynidir).
Raketin hündürlüyü – təxminən 44 metr, əsas pillələrin diametri – 2,8 metr, start çəkisi – 230 tondan 320 tona qədər (konfiqurasiyadan asılı olaraq), yükdaşıma qabiliyyəti – 3,8 tona qədərdir.
Oxşar xəbərlər
Hindistanlı ilk dəfə Amerika raketi ilə kosmosa uçacaq
Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir
“SpaceX” Türkiyənin “Baykar” şirkətinin ilk peykini kosmosa buraxıb
NASA-nın Aya endirdiyi kosmik gəmi aşıb
Eldar Əzizov: Bakıda yağış sularının axıdılması sistemi çağırışlara cavab verə bilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
-
Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır
