Xankəndidə yanğından mühafizə mövzusunda tədbir keçirilib
Xankəndi şəhərində meşə, əkin və otlaq sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə yanğından mühafizə mövzusunda tədbir keçirilib.
APA xəbər verir ki, tədbir Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən dövlət qurumlarının səlahiyyətləri şəxsləri , hüquq mühafizə orqanları, sahibkarlar və fermerlərin də iştirak etrdiyi tədbirdə, meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı profilaktik tədbirlərin aparılmasında səmərəliliyin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb.
Maarifləndirmə tədbiri zamanı iştirakçılara meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos və məişət tullantılarının vaxtında təmizlənməsinə ilə bağlı müvafiq qaydalar izah olunub və yerli idarəetmə orqanları tərəfindən də mütəmadi olaraq əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Xankəndidə Novruz bayramı qeyd olunur - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndi, Ağdərə və Xocalıdakı daşınmaz əmlaklar qiymətləndiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin ticarət nazirinin müavini Qarabağa səfər edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












