Sumqayıtda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş konsert keçirilib
sizinxeber.az xəbər saytı

Sumqayıtda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş konsert keçirilib


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Sumqayıt Muğam Mərkəzində Dalğa Aşıqlar Qrupunun konserti təşkil olunub.

APA xəbər verir ki, Çingiz Mehdipurun rəhbərliyi ilə baş tutan musiqili tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin üzvləri iştirak ediblər.

Çıxış edən Zakir Fərəcov qeyd edib ki, Heydər Əliyev təkcə müasir Azərbaycanın qurucusu deyil, həm də xalqımızın zəngin mədəni irsinin qorunması və inkişafı istiqamətində əvəzsiz xidmətlər göstərmiş şəxsiyyətdir. O, Ulu Öndərin mədəniyyət sahəsinə olan diqqət və qayğısından bəhs edərək bildirib ki, bu sahənin inkişafı, mədəniyyət işçilərinin dəstəklənməsi və gənc istedadların üzə çıxarılması daim dövlət siyasətinin əsas istiqamətlərindən biri olub.
Qeyd olunub ki, bu gün də həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konsertdə çıxış edən Dalğa Aşıqlar Qrupu 1990-cı ildə yaradılıb və bu illər ərzində səsi-sorağı Azərbaycanın hüdudlarını aşaraq dünyanın müxtəlif ölkələrindən eşidilib.

Oxşar xəbərlər

Zakir Fərəcov Sumqayıtda səyyar qəbul keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtın 75 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda səyyar qəbullar davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Sumqayıt Regional Mərkəzində müşavirə keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər