Belarusun Baş naziri Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub - VİDEO
sizinxeber.az xəbər saytı

Belarusun Baş naziri Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub - VİDEO


Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub.

Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, əvvəlcə, Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Hissədə şəxsi heyət üçün yaradılmış iş şəraiti və “Fövqəladə hallar uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsinə həsr olunmuş sərgi barədə qonağa məlumat verib.

Sonra Baş nazir Aleksandr Turçinə yeni alınmış xüsusi texnikalar təqdim olunub.

Qeyd olunub ki, dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının daim yeniləndiyini diqqətə çatdıran nazir Kəmaləddin Heydərov Azərbaycan və Belarus arasında sıx əməkdaşlıq münasibətləri zəminində ötən ilin noyabr ayında COP29 iqlim konfransı çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsinə cəlb olunmuş Azərbaycan FHN-in ehtiyacları üçün Gəncə Avtomobil Zavodunda birgə yığılaraq Nazirliyə təhvil verilmiş yanğınsöndürmə texnikaları və onların texniki xüsusiyyətləri barədə ətraflı məlumat verib.

Oxşar xəbərlər

Belarusun Baş naziri Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib
Kəmaləddin Heydərov Belarus səfiri ilə görüşüb
Kəmaləddin Heydərov Xızı şəhərində vətəndaşları qəbul edəcək
Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər