Baş prokuror Çində səfərdə olan nümayəndə heyəti ilə görüşüb
sizinxeber.az xəbər saytı

Baş prokuror Çində səfərdə olan nümayəndə heyəti ilə görüşüb


Aprelin 30-da Baş prokuror Kamran Əliyev 20-28 aprel tarixlərində Çin Xalq Respublikasında tədris səfərində olan nümayəndə heyəti ilə görüşüb.

Bu barədə APA-ya Baş Prokurorluqdan bildirilib.

Baş prokuror bir neçə gün öncə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri nəticəsində iki ölkə arasında bütün sahələri əhatə edən əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Bu xüsusda, prokurorluq orqanları arasında ikitərəfli münasibətlərin inkişafı və “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında” Anlaşma Memorandumunun icrası məqsədilə prokurorluq əməkdaşlarının tədris səfərinin önəmi qeyd edilib.

Qarşılıqlı müzakirələr formatında keçən görüşdə prokurorluğun müxtəlif struktur qurumlarının əməkdaşları tərəfindən səfər zamanı əldə olunan səmərəli təcrübə ilə bağlı Baş prokurora məruzə edilib.

Məruzələrdə xüsusilə Çin prokurorluq sistemində süni intellekt texnologiyalarının tətbiqi, kriminalistika sahəsində qabaqcıl metodlar, ictimai maraqların müdafiəsi, dövlətin hüquqi maraqlarının təmin olunması məqsədilə prokurorluq tərəfindən mülki iddiaların qaldırılması, eləcə də hüquqi tədris və elmi tədqiqat sahəsindəki yanaşmaların Azərbaycan prokurorluğunun mövcud təcrübəsi ilə müqayisə və müzakirələr aparılıb.

Yekunda Çinlə qarşılıqlı hüquqi əməkdaşlığın genişləndirilməsinin və təcrübə mübadiləsinin aparılmasının hər iki ölkənin prokurorluq orqanlarının fəaliyyətinə müsbət töhfə verəcəyindən əminliyini ifadə edən Baş prokuror hüquqi sahədə beynəlxalq təcrübə mübadiləsinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını qeyd edib.

Oxşar xəbərlər

Baş prokuror Çin nümayəndə heyəti ilə görüşüb
Prokurorluq əməkdaşları Çində təlimdə olub
Çin Baş prokurorunun birinci müavini Azərbaycana gəlib
Kamran Əliyev Litva Baş prokuroru ilə görüşüb
Baş prokuror Çili nümayəndə heyəti ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər