Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
sizinxeber.az xəbər saytı

Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO


Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 27-də və 28-də Tovuz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Nazir əvvəlcə Tovuz şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Sonra Tovuz Rayon Polis Şöbəsində Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa rayonlarından və digər bölgələrdən qəbula gələn 153 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.


Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarına xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Vətən müharibəsinin 36 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 191 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Oxşar xəbərlər

Vilayət Eyvazov Lənkəranda vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib
Vilayət Eyvazov Balakəndə qəbul və sıra baxışı keçirib - VİDEO
Vilayət Eyvazov Qusarda qəbul və sıra baxışı keçirib
Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər