Baş prokuror Sabunçu rayonunda vətəndaşları qəbul edib
Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, aprelin 22-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Sabunçu rayon prokurorluğunun inzibati binasında Sabunçu rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbulda iştirak edən 47 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.
Oxşar xəbərlər
Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edib
Baş prokuror Qaradağda vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
