Aprelin 20-də buraxılış imtahanı keçiriləcək
Aprelin 20-də ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Qeyd olunub ki, imtahan Bakı şəhəri Xəzər (I zona), Sabunçu (I zona), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I zona), Gəncə (II zona), Mingəçevir, Lənkəran (II zona) şəhərlərində, Abşeron (I zona), Daşkəsən, Şəmkir (I zona), Gədəbəy, Qəbələ, Oğuz, Cəlilabad (I zona), Masallı (I zona), Beyləqan, Füzuli, Zəngilan, Cəbrayıl, Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I zona), Quba (I zona) rayonlarında yerləşən ümumtəhsil müəssisələrinin şagirdləri üçün nəzərdə tutulub.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər bu linkdən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Şagirdlər iş nömrəsini bu linkdən öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Oxşar xəbərlər
Buraxılış imtahanlarının vaxtı açıqlanıb
Aprelin 13-də 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək
DİM buraxılış imtahanında iştirak edən şagirdlərə müraciət ünvanlayıb
DİM buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib
Bu gün Xocalı, Xankəndi və Şuşada ilk dəfə buraxılış imtahanı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













