Aprelin 13-də 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək
sizinxeber.az xəbər saytı

Aprelin 13-də 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək


Aprelin 13-də Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Gəncə (I hissə), Samux, Yevlax, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Zərdab, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Bu barədə Sizinxeber.az-ya DİM-dən məlumat verilib.

İmtahana buraxılış vərəqəsinin çapı

Buraxılış imtahanında iştirak edəcək şagirdlər bu linkdən istifadə edərək imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin buraxılış vərəqələrini çap edə bilər.

İş nömrəsinin öyrənilməsi

Şagirdlər öz iş nömrələrini buradan öyrənə bilərlər.

Buraxılış vərəqəsinin çap qaydaları

Buraxılış vərəqəsini çap etmək üçün kompüterdə Adobe Reader proqramı olmalıdır. Həmçinin, brauzerin “Pop-up blocked” bölməsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər təhsil müəssisəsi tərəfindən təqdim olunan arayışı DİM-in saytından yükləyə bilərlər.

Gəncə və Lənkəran şəhərlərində imtahan keçirilmə qaydaları

Gəncə və Lənkəran şəhərlərindəki məktəblərin şagirdlərinin imtahanları iki günə bölünüb. Bu bölünmə "hissə" kimi qeyd edilib və “keçid” qoyulub. Linkə klik etdikdə həmin tarixdə hansı məktəblərin imtahan verəcəyi barədə məlumat açılır.

Oxşar xəbərlər

DİM buraxılış imtahanında iştirak edən şagirdlərə müraciət ünvanlayıb
DİM buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib
Bu gün Xocalı, Xankəndi və Şuşada ilk dəfə buraxılış imtahanı keçiriləcək
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Bu gün 59 minə yaxın XI sinif şagirdinin buraxılış imtahanı verəcəyi gözlənilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle