Vilayət Eyvazov Şəkidə vətəndaşları qəbul edib - VİDEO
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 7-də və 8-də Şəki Şəhər Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Şəki şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Sonra Şəki Şəhər Rayon Polis Şöbəsində Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ şəhər və rayonlarından qəbula gələn 312 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib. Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Vətən müharibəsinin 34 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 198 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Oxşar xəbərlər
Vilayət Eyvazov Lənkəranda vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib
Vilayət Eyvazov Balakəndə qəbul və sıra baxışı keçirib - VİDEO
Vilayət Eyvazov Qusarda qəbul və sıra baxışı keçirib
Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
