Novruz Bayramı günlərində təcili tibbi yardıma 30 minə yaxın müraciət olub
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
TƏBİB-dən APA-ya verilən məlumata görə, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2025 - 26.03.2025-ci il tarixlərində 14 370 çağırış daxil olub. Bu çağırışlardan 1 284 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
58 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 15 598 çağırış daxil olub. 1 597 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
Daha çox 21 və 22 mart tarixlərində müraciət qeydə alınıb.
Belə ki, 21.03.2025-ci il tarixində müraciət sayı 2 159, hospitalizasiya olunanların sayı 191, 22.03.2025-ci il tarixində müraciət sayı 2 134, hospital olunanların sayı 199 təşkil edib.
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.
Oxşar xəbərlər
Qeyri-iş günlərində təcili tibbi yardıma 40 minə yaxın çağırış daxil olub
Qarlı havada təcili yardıma 292 müraciət daxil olub
Avqust ayında 13 nəfər günvurma ilə bağlı təcili tibbi yardıma müraciət edib
Lənkəranda Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb
Qarlı havada 179 nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
