Keçmiş vəkil Elman Paşayevlə bağlı istintaq başa çatıb
sizinxeber.az xəbər saytı

Keçmiş vəkil Elman Paşayevlə bağlı istintaq başa çatıb


Rusiyada fəaliyyət göstərən azərbaycanlı keçmiş vəkil Elman Paşayevin dələduzluq ittihamı işi üzrə istintaq yekunlaşıb.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən bildirilib.

Qeyd olunub ki, Rusiya İstintaq Komitəsinin hərbi-istintaq orqanları keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi üzrə istintaq hərəkətlərini başa çatdırıb. O, Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi, 159-cu maddəsinin 4-cü hissəsi ("Dələduzluq və xüsusilə dələduzluq cəhdi") ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunur.

Müstəntiqlərin fikrincə, 2024-cü ilin yanvarında müttəhim dostu Aleksey Blinovskini böyük məbləğdə pul müqabilində onu və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə biləcəyinə inandırıb. Paşayev Blinovskidən 47 milyon rubldan artıq pul alıb.

Keçmiş vəkil 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabrına qədər oxşar üsulla Aleksey Zaxarova qarşı 15 milyon rubldan çox dələduzluq etməkdə də ittiham olunur.

Oxşar xəbərlər

Rusiyada tanınmış azərbaycanlı vəkil Elman Paşayev saxlanılıb
Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb
Rusiyada saxlanılan tanınmış vəkil Elman Paşayevin nədə ittiham edildiyi məlum olub - VİDEO - YENİLƏNİB
Rusiya məhkəməsi azərbaycanlı keçmiş vəkil Elman Paşayevi həbsdə saxlayıb
Rusiyada keçmiş vəkil Elman Paşayevə qarşı yeni cinayət işi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər