sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ucarda ev tamamilə yanıb
Ucarda ev yanıb.
Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Lək kəndində qeydə alınıb.
Kənd sakini Zaur Məhərrəm oğlu Cəbrayılova məxsus ümumi sahəsi 200 m² olan 4 otaqlı evdə güclü yanğın baş verib.
Yanğın zamanı ev əşyaları ilə birlikdə tamamıilə yanıb. Hadisə yerinə FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Ucarda 2 ailənin yaşadığı ev yanıb - FOTO
Ucarda evdə yanğın olub
Şəmkirdə 3 otaqlı ev yanıb - FOTO
Şəmkirdə 8 otaqlı ev yanıb - FOTO
Goranboyda 9 otaqlı ev yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













