Səhiyyə naziri: Süni zəkadan ədalətli və qərəzsiz istifadəni təmin etməliyik
sizinxeber.az xəbər saytı

Səhiyyə naziri: Süni zəkadan ədalətli və qərəzsiz istifadəni təmin etməliyik


Süni zəka qanunvericiliyə inteqrasiya edilməlidir və bundan ədalətli istifadə prinsipinə riayət edilməlidir.

APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev XII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr" adlı paneldə çıxışı zamanı deyib.

"Son illərdə qlobal səhiyyə ciddi fəsadlarla üzləşib. Pandemiyalar, iqlim məsələləri, səhiyyəyə müdaxilələr böyük nəticələrə gətirib çıxarır. Dünya tarixi bir keçid mərhələsindədir. Sıfır emissiya prinsipi, “yaşıl xəstəxanalar”ın inşası, iqlim dəyişikliyinə dayanıqlı səhiyyə işçiləri yetişdirmək əsas hədəflərimizdir. Qanunvericilikdə süni zəka inteqrasiya edilməlidir və bundan ədalətli istifadə prinsipinə riayət edilməlidir”, - nazir qeyd edib.

Nazirin sözlərinə görə, səhiyyə sisteminin gələcəyi daha da proqramlaşdırılan olmalıdır: “Dünya səhiyyə sahəsində peşəkar kadrların çatışmazlığı ilə üzləşib. Süni zəkanın tətbiqi ilə biz insanların sağlamlığını yoxlaya və tövsiyə verə bilərik. Bu əsasda biz süni zəkadan ədalətli və qərəzsiz istifadəni təmin etməliyik. Tarixən biz insanların həyatında böhranları dəf edərək, ciddi sıçrayışa nail olmuşuq”.

Oxşar xəbərlər

Səhiyyə Nazirliyi: Gələn il bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq
Teymur Musayev: Kimsə mətbəxdə diş çəkdirirsə, nazirlik buna heç nə edə bilməz
Nazir: İqlim dəyişikliyi ilə mübarizədə səhiyyə sahəsində də maliyyələşməni təmin etməliyik
Almaniyalı nazir: COP29-un Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsini dəstəkləyirik
TƏBİB: Regionlarda ciddi həkim çatışmazlığı var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər