UN-Habitat Aşqabadda yeni ofis açacaq
sizinxeber.az xəbər saytı

UN-Habitat Aşqabadda yeni ofis açacaq


BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) yaxın zamanda Türkmənistanın paytaxtı Aşqabadda proqram və ya layihə ofisi açmağı planlaşdırır.

Sizinxeber.az xəbər verir ki, bunu UN-Habitat-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Erfan Ali WUF13 çərçivəsində keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, hazırda təşkilatın fəaliyyəti Şərqi Avropa, Cənubi Avropa, Qərbi Balkanlar, Türkiyə, Rusiya, Qafqaz və Mərkəzi Asiya daxil olmaqla 25 ölkəni əhatə edir. Regional ofis İstanbulda yerləşir. Hazırda Kiyev, Moskva, Kosovo və Bakıda ölkə proqramları fəaliyyət göstərir.

Erfan Ali qeyd edib ki, region sürətli urbanizasiya və iqlim dəyişikliyinin təsirləri ilə üz-üzədir. O, iki il əvvəl Türkiyədə baş verən dağıdıcı zəlzələni xatırladaraq, region ölkələrinin təbii fəlakət risklərinə qarşı həssas olduğunu vurğulayıb.

UN-Habitat nümayəndəsinin sözlərinə görə, təşkilat fəaliyyətində şəhər idarəçiliyinin gücləndirilməsi, yerli hökumətlərlə əməkdaşlıq, əlçatan mənzil siyasəti, iqlim fəaliyyəti və dayanıqlı infrastrukturun inkişafını prioritet hesab edir.

Bildirilib ki, hazırda Moldova, Qazaxıstan və Özbəkistanda şəhər mənzil profilləri hazırlanır, mənzil siyasəti üzrə strategiyalar üzərində iş aparılır. Eyni zamanda, UN-Habitat Ukraynada mənzil qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində hökumət və Avropa Komissiyası ilə əməkdaşlıq edir.

Oxşar xəbərlər

Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Prezident İlham Əliyevlə görüşündən paylaşım edib
Rossbax: UN-Habitat Azərbaycana WUF13 üçün məkan təqdim etdiyinə görə minnətdardır
İlham Əliyev WUF13-ün təşkilində dəstəyə görə UN-Habitat-a minnətdarlığını bildirib
İsveçrənin gəmiçilik şirkəti Azərbaycanda ofis açacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər