Emin Əmrullayev təhsil kreditinə müraciət edən 50 000-ci tələbə ilə görüşüb
Nazir təhsil kreditləri üzrə 50 000-ci müqaviləni rəsmiləşdirən tələbə ilə görüşüb.
Bu barədə Sizinxeber.az-ya Elm vəTəhsil nazirliyindən xəbər verilib.
Bildirilib ki, martın 7-də Elm və Təhsil Nazirliyində Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına verilən təhsil kreditləri üzrə 50 000-ci müqaviləni rəsmiləşdirən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının 4-cü kurs tələbəsi Ləman Pənahova ilə görüş keçirilib.
Əvvəlcə, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 3 illik fəaliyyəti, əldə olunan nəticələr, eləcə də əlaçı tələbələrə geri ödənişlər zamanı edilən güzəştlərlə bağlı təqdimatla çıxış edib.
Daha sonra elm və təhsil naziri Emin Əmrullayev Fondun təhsilin əlçatanlığı və ölkənin ali təhsil sistemindəki rolunun vacibliyindən danışaraq qurumun bu istiqamətdə vətəndaşların sosial rifahına töhfə verdiyini qeyd edib.
Ləman Pənahova da öz növbəsində təhsil kreditlərinin regionlarda onun kimi təhsil alan tələbələrin, xüsusilə də gənc qızların təhsilə çıxış imkanlarının artırılması baxımından əhəmiyyətini vurğulayaraq təşəkkürünü bildirib.
Sonda Ləman Pənahovaya təşəkkürnamə təqdim edilib, xatirə fotosu çəkilib.
Oxşar xəbərlər
Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin edilib
Fond sədri: 3 il ərzində 46 minə yaxın tələbə təhsil krediti müqaviləsi rəsmiləşdirilib
Azərbaycanda 23 ailədə həm valideyn, həm də övladına təhsil krediti verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
