Dəmiryolunda təhlükəsizlik qaydalarının pozulmasına görə cərimələr artırılır
Dəmiryolu nəqliyyatında təhlükəsizlik qaydalarının pozulmasına görə cərimələr artırılır.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dəmir yolu nəqliyyatı vasitələrinin və daxili avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək. Qüvvədə olan Məcəlləyə əsasən, vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsinə görə yüz manat məbləğində cərimə edilir.
Eyni zamanda Məcəlləyə əsasən, yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı vasitələrinin, yaxud daşıma mexanizmlərinin zədələnməsinə görə cərimə də artırılır. Bu inzibati xətaya görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək. Qüvvədə olan Məcəlləyə əsasən bu məbləğ yüz manat məbləğindədir.
Layihəyə əsasən, yük vaqonlarının, konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, dəmir yolu stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə də inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək. Qüvvədə olan Məcəlləyə əsasən, bu xətaya görə yüz əlli manat məbləğində cərimə edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək
Avtomobillə velosiped yollarında hərəkət edənlər və dayananlar 100 manat cərimələnəcək
Uçuşa qorxu yaradan raketin buraxılmasına görə cərimələr 100 dəfəyədək artırılır
Məişət tullantılarının kənar yerlərə atılmasına görə cərimə artırılır
Heyvanlarla rəhmsiz rəftara görə cərimələr artırılır, rəhmsiz rəftarın təbliğinə görə isə cərimə müəyyənləşir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
