Korrupsiya risklərinin üzə çıxarılması proseduru müəyyənləşir
sizinxeber.az xəbər saytı

Korrupsiya risklərinin üzə çıxarılması proseduru müəyyənləşir


Orqanın (qurumun) rəhbəri korrupsiya Risklərinin idarə edilməsi məqsədilə səlahiyyətli struktur bölmə (şəxs) müəyyən edəcək.

Sizinxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, korrupsiya risklərinin idarə edilməsi prosesinə xüsusi bilik tələb edən sahələr üzrə mütəxəssislər cəlb edilə bilər.

Orqanda (qurumda) hər il yanvarın 15-dən aprelin 15-dək əvvəlki ili əhatə edən korrupsiya Risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi aparılır. Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan müraciətlərin ümumiləşdirilməsinin nəticələrinə əsasən, fəaliyyətindən daha çox şikayətlərin daxil olduğu struktur bölmədə və ya tabeliyində olan qurumda orqanın (qurumun) rəhbərinin qərarına əsasən digər müddətlərdə də Risklərin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi keçirilə bilər.

Korrupsiya riskləri həmin Risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də Risklərin qiymətləndirilməsinin nəticələri və Bununla əlaqədar cari il üçün müəyyən edilən tədbirlər, həmçinin əvvəlki il üzrə müəyyən edilmiş tədbirlərə dair görülmüş işlər barədə məlumatlar hər il iyunun 1-dək Komissiyaya təqdim edilməlidir.

Korrupsiya riskləri, həmin Risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də Risklərin qiymətləndirilməsinin nəticələri və görülmüş işlər barədə məlumatlar dövri olaraq ictimaiyyətə açıqlanır.

Komissiya ona təqdim edilən məlumatların təhlili əsasında müvafiq orqana (quruma) korrupsiya Risklərinin idarə edilməsinə dair tövsiyələr, həmçinin korrupsyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verə bilər.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Korrupsiya ilə əlaqədar məlumat verən işçiyə qisastətbiqinə yol verilməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bir ildə korrupsiya ilə bağlı 158 cinayət işi məhkəmələrə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror: Korrupsiya cinayəti törədən 25 nəfər cinayət başında yaxalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər