Azad edilmiş ərazilərdə bu il ekoloji hüquqpozmalarla bağlı 106 akt, 64 protokol tərtib olunub
Cari ilin ötən dövrü ərzində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilmiş nəzarət tədbirləri zamanı aşkar edilmiş ekoloji hüquqpozmalarla bağlı ümumilikdə 106 Akt, 64 Protokol tərtib olunub.
APA-nın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Xaliq Mirzəyev ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
O bildirib ki, bu nöqsanların aradan qaldırılması üçün 11 ədəd müddətli "Ekoloji tələb" verilib:
"Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi, vəzifəli və fiziki şəxslərə ümumilikdə 14 7060 manat məbləğində cərimə tətbiq edilmiş və ətraf mühitə dəymiş ziyanla bağlı 22 iş üzrə 29273,57 manat məbləğində iddia qaldırılıb. 16 işlə bağlı toplanmış materiallar aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib".
O qeyd edib ki, ekoloji hüquqpozmalarla bağlı tədbirlər görülsə də, belə hallar təkrarlanmaqda davam edir.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə ekoloji hüquqpozmalarla bağlı 106 akt, 64 protokol tərtib olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mirsalam Qənbərov: Hazırda Xankəndidə 5 ekoloji layihə həyata keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə Ekoloji məsələr üzrə İşçi Qrupun növbəti iclası keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maliyyə Nazirliyi I yarımildə 3 milyon manatdan çox əsassız ödəniş aşkar edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












