Valideynlərini itirmiş uşaqların təhsil üzrə təminatları dəyişir
Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatları dəyişir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.
Layihəyə əsasən, təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq. Başqa sözlə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək.
Qeyd edilib ki, birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əmək haqqı aylar və illər üzrə dəyişir. Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.
Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri-müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi, bununla da, vətəndaş məmnunluğunun artırılması məqsədilə qanunda müvafiq dəyişiklik edilməsi ilə bağlı sözügedən layihə hazırlanıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yeni güzəşt müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlik valideyn himayəsindən məhrum şəxslərə verilən birdəfəlik sosial ödənişin artırılmasını şərh edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elm və Təhsil Nazirliyi valideynini itirmiş uşaqların sosial müdafiəsi ilə bağlı dəyişiklikləri açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












