Sosial-mədəni xidmət növü müəyyənləşir
sizinxeber.az xəbər saytı

Sosial-mədəni xidmət növü müəyyənləşir


Sosial-mədəni xidmət növü müəyyənləşir.

Sizinxeber.az-nın xəbərinə görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırkı qanunvericilik aktında asudə vaxtının səmərəli təşkil olunması yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilib. Sosial-pedaqoji xidmətdə isə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına nəzərdə tutulduğundan, digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadə etməsi mümkün olmur. Qeyd olunanları nəzərə alaraq qanuna yeni – sosial-mədəni xidmət növü əlavə edilməsi təklif olunur.

Sosial-mədəni xidmətlər şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkil olunmasına yönəlib. Bu xidmət növünün əlavə olunması çətin həyat şəraitində olan şəxslərə göstərilən xidmətlərin təkmilləşməsinə, beynəlxalq standartlara uyğunlaşmasına gətirib çıxarır. Bu xidmət növünün əlavə edilməsi bu xidmətdən çətin həyat şəraitində olan bütün kateqoriyadan olan şəxslərin istifadəsinə imkan yaradacaq.

Oxşar xəbərlər

Çətin həyat şəraitində olan bütün şəxslər günərzi sosial xidmətlərlə əhatə olunacaq
Məişət zorakılığından zərər çəkmiş 30 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin edilib
Bu il daha beş sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq
Sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək şəxslərin əhatə dairəsi genişləndirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər