Qarlı havada 165 nəfər xəsarət alıb - YENİLƏNİB
Qarlı havada 165 nəfər xəsarət alıb.
Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib.
Məlumata görə, hava şəraiti ilə əlaqəli olaraq indiyə qədər xəsarət alan 165 nəfər instituta müraciət edib.
Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.
***
Qarlı hava şəraiti ilə əlaqədar indiyədək 84 nəfər xəsarət alıb.
Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb. Onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.
"Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub", məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Qarlı havada 55 nəfər xəsarət alıb - YENİLƏNİB-1
Qarlı havada 84 nəfər xəsarət alıb
Qarlı havada xəsarət alan 24 nəfər təcili tibbi yardıma müraciət edib - YENİLƏNİB
Qarlı havada 15 nəfər xəsarət alıb
Avqust ayında 13 nəfər günvurma ilə bağlı təcili tibbi yardıma müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib












