“Ali təhsil haqqında” qanunun hazırlanması üçün yeni İşçi Qrupun formalaşdırılması təklif edilib
“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün yenidən yeni İşçi Qrup formalaşdırılmalıdır”.
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
Şöbə müdiri qeyd edib ki, ali təhsillə bağlı qanun layihəsinin qəbulu sosial sahədə ən problemli məsələdir: “Sosial siyasət sahəsində ən ciddi məsələ “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsidir. 30 illik Milli Məclis tarixində yeganə sənəddir ki, parlament sədri şəxsən ilk İşçi komandasına özü sədrlik edib və onun tövsiyəsi ilə işçi Qrup formalaşdı. Bəxtiyar Əliyevin sədrliyi dövründə 5 il müddətinə bu sahədə əməyini qeyd etməliyik. Təbii ki, obyektiv səbəblər nəticəsində bu qanun layihəsi hələ də gündəmə gələ bilmir. İşçi Qrupunda ali təhsil müəssisələrinin rəhbərləri iştirak edir və çox ciddi təkliflər verilib. Bu heç də o demək deyil ki, bütün ali təhsil müəssisələrindən təkliflər gəlib. Düşünürəm ki, İşçi Qrupu yenidən formalaşdırılmalıdır”.
Adil Vəliyev qeyd edib ki, “Qeyri maddi mədəni irsin qorunması haqqında” qanun layihəsini hazırlayıblar, amma müzakirə edilməyib: “Sonradan “Mədəni irs haqqında” qanun hazırlanması tapşırıldı. Deyildi ki, bu qanunda həm mədəni irsi, həm də qeyri-maddi mədəni irsin qorunması ehtiva olunsun”.
Oxşar xəbərlər
Deputat: “Ali təhsil haqqında” qanun layihəsində doktorantura səviyyəsinin birə endirilməsi nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlamentin şöbə müdiri: Əlilliyi olan şəxslər üçün yeni vergilər müəyyən olunmur, özünüməşğulluq təşəbbüsləri dəstəklənir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin hazırlanmasının səbəbi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











