ADY Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edir - FOTO
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 3 yanvar 2025-ci il tarixindən etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edir.
APA xəbər verir ki, hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-çatacaq. Balakəndən saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalında olacaq. Pandemiyadan öncə qatar Bakıdan Balakənə təqribən 10 saata çatırdı.
Sərnişinlərə standart, standart+ və biznes sinifləri üzrə səyahət imkanları təklif olunur.
Bakıdan Yevlax stansiyasına minimum qiymətlər standart sinif üzrə 13,1 AZN, standart+ sinif üzrə 17,6 AZN, biznes sinif üzrə 54,6 AZN, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər standart sinif üzrə 14,8 AZN, standart+ sinif üzrə 23,9 AZN, biznes sinif üzrə 63,3 AZN, Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə standart sinif üzrə 16,4 AZN, standart+ sinif üzrə 23,9 AZN, biznes sinif üzrə 67,7 AZN-dir. Bakı–Balakən–Bakı istiqaməti üzrə qiymətlər standart sinif üzrə 18 AZN, standart+ üzrə 27 AZN, biznes sinif üzrə 72 AZN-dən başlayır.
Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Yevlax, Şəki, Qax, Zaqatala, Balakən stansiyaları və Göyəm, Göynük, Qorağan, Əliabad dayanacaqlarından istifadə edə bilərlər. Sərnişinlər həmçinin səfər zamanı qatarda pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər.
Qatarın ümumi sərnişin tutumu bir istiqamətə 189 nəfərdir.
Bütün stansiyalarda (Şəki, Qax, Zaqatala, Balakən) təmir və abadlıq işləri görülüb. Stansiyaların ərazilərində avtomobillərin parklanması üçün şərait yaradılıb.
Oxşar xəbərlər
ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY: Bakı-Balakən qatarları 10 stansiya və dayanacaqda saxlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Balakən-Bakı dəmir yolu marşrutu ilə gecə səfərlərinə start verilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekspert: “Bakı-Balakən-Bakı dəmir yolu marşrutu ölkədaxili mobillikdə xüsusi əhəmiyyət kəsb edir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











