Nazir müavini: Təyyarə qəzasının təhqiqatı ilə bağlı məlumatlar 30 gün ərzində təqdim olunacaq
sizinxeber.az xəbər saytı

Nazir müavini: Təyyarə qəzasının təhqiqatı ilə bağlı məlumatlar 30 gün ərzində təqdim olunacaq


Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran Qazaxıstanın hökumət komissiyası 30 gün ərzində öz işinin ilkin nəticələrini təqdim edəcək.

Sizinxeber.az xəbər verir ki, bu barədə komissiyanın üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev məlumat verib.

"Ümumilikdə, standartlara görə, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir", - deyə o bildirib.

Lastayevin sözlərinə görə, hazırda araşdırmanın sahə mərhələsi gedir. Yəni təyyarənin parçaları, qəza yerindəki izlər toplanır, maketlər hazırlanır və bütün bunlar Aktau hava limanında xüsusi təşkil olunmuş anqarda araşdırılır.

Oxşar xəbərlər

Qazaxıstanın AZAL-ın təyyarə qəzasını araşdıran komissiyası ilkin nəticələri 30 gündə açıqlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maya Sandu: AZAL-ın təyyarəsinin qəzaya uğramasına görə dərin kədər hissi keçiririk [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstanın nazir müavini: Hava məkanımıza daxil olduqdan 28 dəqiqə sonra təyyarə ilə əlaqə itib [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Prezidenti AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər