Plastik cərrahlara sənədlərini Səhiyyə Nazirliyinə təqdim etmələri ilə bağlı xəbərdarlıq olunub
sizinxeber.az xəbər saytı

Plastik cərrahlara sənədlərini Səhiyyə Nazirliyinə təqdim etmələri ilə bağlı xəbərdarlıq olunub


"Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb. Səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib. Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb".

Sizinxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilib.

Bildirilib ki, plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb:

“Bununla bağlı Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb”.

Nazirliyin məlumatına görə, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

“Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaqdır”, - deyə məlumatda deyilib.

Oxşar xəbərlər

Plastik cərrahlara sənədlərini Səhiyyə Nazirliyinə təqdim etmələri ilə bağlı xəbərdarlıq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Plastik cərrahların ixtisas sənədlərinin yoxlanması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Natəvan Əmirovanın plastik cərrah kimi ixtisasının olmadığı müəyyən edilib, çalışdığı klinika ilə bağlı protokol tərtib olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisaslar müəyyən edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrini aparacaq qurum müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər