Bakıda hüquq münasibətlərində transmilli aspektlərlə bağlı beynəlxalq konfrans keçirilir
sizinxeber.az xəbər saytı

Bakıda hüquq münasibətlərində transmilli aspektlərlə bağlı beynəlxalq konfrans keçirilir


Türk Ədliyyə Təlim Şəbəkəsinə (TƏTŞ) Azərbaycanın sədrliyi çərçivəsində “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfrans keçirilir.

APA-nın məlumatına görə, tədbirin iştirakçıları arasında Azərbaycan Respublikasının Baş Prokurorluğu və Ədliyyə Nazirliyi ilə yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ədliyyə və prokurorluq orqanlarının təlim-tədris mərkəzlərini və akademiyaları, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumları yer alıb.

Şəbəkəyə üzv dövlətlərin hakimlərinin, ədliyyə və prokurorluq orqanlarının əməkdaşlarının iştirak etdiyi beynəlxalq miqyaslı tədbirdə aktivlərin bərpası prosesinin səmərəliyinin artırılması, ekoloji hüquqpozmalara qarşı mübarizə, transmilli hüquqpozmaların qurbanlarının mülki-hüquqi müdafiəsi, türkdilli dövlətlərin kommersiya hüququ sahəsində qanunvericilik bazasının inkişafı ilə əlaqəli məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, Türk Ədliyyə Təlim Şəbəkəsi (TƏTŞ) 2022-ci ildə təsis edilib və özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirir.

Azərbaycan tərəfini sözügedən şəbəkədə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi təmsil edir.

Oxşar xəbərlər

Kamran Əliyev: Qardaş ölkələrin təcrübəsinin öyrənilməsi çox əhəmiyyətlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin Ofis direktoru COP29-da transmilli cinayətkarlıqla mübarizə üçün çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Əliyev prokurorluq əməkdaşlarını təltif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər