Güclü külək Qəbələdə və Göyçayda fəsadlar törədib - FOTO
Ötən gündən başlayan güclü külək Qəbələ rayonunda fəsadlara səbəb olub.
Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, külək Qəbələdə çoxlu sayda ağacın qırılmasına, dam örtüklərinin uçmasına səbəb olub. Elektrik dirəkləri aşıb, elektrik naqillərinə ciddi ziyan dəyib, rayonda enerjinin verilməsində fasilələr yaranıb.
Güclü külək nəticəsində Qəbələdə yeni inşa olunmuş evin dam örtüyü uçaraq magistral yola düşüb.
Bundan başqa, bir neçə ticarət obyektində, eləcə də evlərdə fəsadlar yaranıb, dam örtükləri uçub. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar.
Güclü külək Göyçayda da fəsadlara səbəb olub.
Külək nəticəsində rayon mərkəzində və kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Elektrik dirəklərinə ziyan dəyib, dam örtükləri və ağaclar aşıb. Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər görülür.
Oxşar xəbərlər
Güclü külək Qəbələdə fəsadlar törədib - FOTO
Güclü külək Oğuzda fəsadlara səbəb olub
Güclü külək Xaçmazda fəsadlar törədib - FOTO
Güclü külək Oğuzda irigövdəli ağacı yola aşırıb - FOTO - VİDEO
Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
