Güclü külək Qəbələdə fəsadlar törədib - FOTO
sizinxeber.az xəbər saytı

Güclü külək Qəbələdə fəsadlar törədib - FOTO


Ötən gündən başlayan güclü külək Qəbələ rayonunda da fəsadlara səbəb olub.

Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, külək Qəbələdə çoxlu sayda ağacın qırılmasına, dam örtüklərinin uçmasına səbəb olub. Elektrik dirəkləri aşıb, elektrik naqillərinə ciddi ziyan dəyib, rayonda enerjinin verilməsində fasilələr yaranıb.

Güclü külək nəticəsində Qəbələdə yeni inşa olunmuş evin dam örtüyü uçaraq magistral yola düşüb.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar.

Oxşar xəbərlər

Güclü külək Oğuzda fəsadlara səbəb olub
Güclü külək Xaçmazda fəsadlar törədib - FOTO
Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB
Qəbələdə güclü yağış bir neçə çayda selə səbəb olub
Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər