Saymon Stil: İqlim dəyişikliyindən əziyyət çəkən 8 milyard insanın səsinin boğulmasına imkan verə bilmərik
sizinxeber.az xəbər saytı

Saymon Stil: İqlim dəyişikliyindən əziyyət çəkən 8 milyard insanın səsinin boğulmasına imkan verə bilmərik


Planlar kağız üzərində söz olaraq qala bilməz.

Sizinxeber.az xəbər verir ki, bunu COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının İcraçı katibi Saymon Stil deyib.

O bildirib ki, planlar real iqtisadiyyatda, yerlərdə konkret nəticələrə çevrilməlidir: “Hər bir ölkə fəaliyyətini gücləndirməlidir. Parlamentlər ilk öncə milli nümayəndə heyətlərini mümkün qədər iddialı olmağa təşviq etməlidir. Xüsusilə iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfi dünya ölkələri, xüsusən də iqlim dəyişiklikləri ilə ən çox mübarizə aparan ölkələr üçün əsas imkan yaradan qüvvə olacaq. Danışıqçıların arxasında parlament dəstəyinin olması tərəqqi və daha böyük ambisiyalar üçün güclü qüvvə ola bilər. Təsadüfi deyil ki, bütün dünyada parlamentlər büdcə səlahiyyətinə malikdir. Resurslar olmadan xalqın səsi özünü göstərə bilməz. Biz artıq iqlim dəyişikliyindən əziyyət çəkən 8 milyard insanın səsinin boğulmasına imkan verə bilmərik”.

Oxşar xəbərlər

Saymon Stil: Hər kəsi iqlim dəyişikliyi probleminin həllinə cəlb etməliyik
Saymon Stil: COP29-da yeni maliyyə məqsədləri barədə razılaşmalıyıq
Saymon Stil: İqlim maliyyəsi həm də qlobal inflyasiyanın qarşısını almaq üçün bir sığortadır
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının İcraçı katibi: Yaşana bilən dünya uğrunda mübarizədə konkret fəaliyyətə keçilməlidir
Saymon Stil: Bu il "İqlim fəaliyyəti" adlı təşəbbüs işə salınacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər