Aqil Abbas: Həkimlərə məcburi qaydada təyinat verilməlidir
sizinxeber.az xəbər saytı

Aqil Abbas: Həkimlərə məcburi qaydada təyinat verilməlidir


Hər il Tibb Universitetini minlərlə tələbə bitirir. Niyə onlara təyinat verilmir?

Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, özü də universiteti bitirəndə təyinat alıb: “İstəməsəm də gedib təyinatla göndərildiyim yerdə işlədim. Məcburi qaydada həkimlərə təyinat verilməlidir. Eyni qaydada bunu müəllimlərə də etmək olar. İmtiyazlar tanınanaraq Tibb Universitetini bitirənlər təyinatla ehtiyac olan bölgələrə göndərilə bilər. Xankəndidə gedib işləmək üstündə davadır. Eləcə də Səyyad müəllim dedi İmişlidə, Sabirabadda həkim çatışmazlığı var. Xahiş edirəm ki, bu məsələ qaldırılsın, Tibb Universitetini bitirənlər məcburi qaydada təyinatla rayonlara işləməyə göndərilsin”.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, deputatın dediklərinizin arxasında fakt yoxdur: “Heç olmasa deyəndə rəsmi məlumat verin. Rəsmi surətdə statistikası ilə birlikdə məlumat verin. Haradan bilirsiniz, həkim yoxdur?!”

Oxşar xəbərlər

Aqil Abbas işğaldan azad edilmiş ərazilərə köçənlərə torpaq verilməməsindən şikayətlənib
Aqil Abbas Xankəndidə nəyə təəssüfləndi? - Video
Əhliman Əmiraslanov: Onkoloji xəstəliklərin icbari tibbi sığortadan kənarda qalması bizi narahat edir
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle