Şuşada itkin düşən şəxsin qızı: Ən böyük arzum üzünü görmədiyim atamın taleyindən xəbər almaqdır
sizinxeber.az xəbər saytı

Şuşada itkin düşən şəxsin qızı: Ən böyük arzum üzünü görmədiyim atamın taleyindən xəbər almaqdır


“Atam Ağayev Təyyar Əzizağa oğlu Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. İndiyə qədər ondan heç bir xəbər ala bilməmişik. Anam otuz il atamın həsrəti ilə yaşadı, dünyasını dəyişdi. Nənəmin ağlamaqdan gözləri tutuldu. Bizim Birləşmiş Millətlər Təşkilatından, digər beynəlxalq təşkilatlardan istəyimiz budur ki, itkinlərimizin taleyi haqqında bizə məlumat verilsin”.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu sözləri bu gün azad edilən ərazilərə səfər edən Samirə Ağayeva bildirib.

O qeyd edib ki, itkinlərin taleyi haqqında məlumatların açıqlanması üçün beynəlxalq qurumlar Ermənistana təzyiq etməlidir: “Bu gün azad edilən torpaqlarda olmaq çox qürurvericidir. Bizim üçün bu, həm də ağır bir hissdir. Mən bu torpaqlara ayaq basdıqca düşünürəm ki, atam da bu torpaqlarda gəzir. Onun burada ayaq izləri var”.

O, atası itkin düşəndə qırx günlük körpə olduğunu vurğulayıb: “ Tək arzum üzünü görmədiyim atamın taleyindən xəbər almaqdır. Mən çox ümidlə gözləyirəm. Ümidvaram ki, dünya səsimizi eşidəcək, BMT, digər qurumlar itkinlər haqqında məlumatların açıqlanmasına kömək edəcəklər”.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş, hələ də taleyi barədə heç bir məlumat olmayan şəxslərin ailə üzvlərinin bir qrupu bu gün Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərinə səfər edib.

Səfər “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin xətti ilə təşkil olunub. 40 nəfərdən ibarət heyət itkin düşmüş doğmaları barədə məlumatların açıqlanması üçün media vasitəsilə beynəlxalq təşkilatlara müraciət edib.

Oxşar xəbərlər

Birinci Qarabağ müharibəsində itkin düşənlərin yaxınları azad edilmiş ərazilərdə beynəlxalq təşkilatlara çağırış ediblər
Birinci Qarabağ müharibəsində itkin düşənlərin yaxınları azad edilmiş ərazilərdə olub, beynəlxalq təşkilatlara çağırış ediblər - FOTO - YENİLƏNİB
İtkin düşənlərin yaxınları azad edilmiş ərazilərdə olub, beynəlxalq təşkilatlara çağırış ediblər - FOTO - YENİLƏNİB
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvləri azad edilmiş ərazilərə səfər edib - FOTO
İtkin düşən şəxsin qızı: Hər dəfə yeni kütləvi məzarlıq tapılanda ürəyimizdə bir ümid işığı yanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər