aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
İtkin düşənlərin yaxınları azad edilmiş ərazilərdə olub, beynəlxalq təşkilatlara çağırış ediblər - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İtkin düşənlərin yaxınları azad edilmiş ərazilərdə olub, beynəlxalq təşkilatlara çağırış ediblər - FOTO - YENİLƏNİB


Birinci Qarabağ müharibəsində itkin düşmüş, hələ də taleyi barədə heç bir məlumat olmayan şəxslərin ailə üzvlərinin bir qrupu Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərinə səfər edib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, səfər “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin xətti ilə təşkil olunub. 40 nəfərdən ibarət heyət itkin düşmüş doğmaları barədə məlumatların açıqlanması üçün media vasitəsilə beynəlxalq təşkilatlara müraciət edib.

"Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova bildirib ki, rəhbərlik etdiyi, dörd minə yaxın itkin düşmüş şəxsin ailə üzvlərinin birləşdiyi qurum beynəlxalq təşkilatlara müraciət edərək itkinlər barədə məlumatların açıqlanmasını tələb edir:

“Dövlətimizin itkinlərlə bağlı gördüyü hər bir işdən xəbərimiz var və bütün bunlara görə minnətdarıq. Biz dövlətimizin yanındayıq və son itkinimiz tapılana kimi axtaracağıq.

Biz istəyirik ki, onların məzar yerləri haqqında məlumat Azərbaycan tərəfinə, ailələrə təqdim olunsun. Bu insanlar əzizlərinin məzarlarını ziyarət etmək istəyirlər.

30 ildən çoxdur bizim hüquqlarımız tapdalanır, amma beynəlxalq təşkilatlar buna göz yumur. Artıq dözməyə taqətimiz, gücümüz qalmayıb. Beynəlxalq təşkilatlara - Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Qızıl Xaç Komitəsinə, dünya ictimaiyyətinə müraciət edirik ki, bizim səsimizi eşitsinlər. Onlardan insan hüquqları ilə bağlı beynəlxalq konvensiyalara əməl etməyən Ermənistana təzyiq göstərməyi tələb edirik. Ermənistan beynəlxalq ədalət məhkəməsinə verilməlidir”.

***

13.31

Birinci Qarabağ müharibəsində itkin düşmüş, hələ də taleyi barədə heç bir məlumat olmayan şəxslərin ailə üzvlərinin bir qrupu Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərinə səfər edib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin xətti ilə itkin ailələri (40 nəfərdən ibarət heyət) öncə Ağdam şəhərində Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra heyət Xocalı rayonuna gələrək müharibə illərində itkin düşmüş, lakin sonradan nəşləri tapılaraq Xocalı ərazisində dəfn edilmiş şəhidlərin məzarını ziyarət edib.

Daha sonra itkin ailələri Xankəndi şəhərində olub. Onlar Zəfər meydanında itkin düşmüş doğmaları barədə mediaya məlumat verib, onların taleyi barədə məlumatların açıqlanması üçün beynəlxalq təşkilatlara müraciət ediblər.

Heyət daha sonra Şuşa şəhərini ziyarət edib.

Oxşar xəbərlər

Birinci Qarabağ müharibəsində itkin düşənlərin yaxınları azad edilmiş ərazilərdə olub, beynəlxalq təşkilatlara çağırış ediblər - FOTO - YENİLƏNİB
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvləri azad edilmiş ərazilərə səfər edib - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşənlərin yaxınları azad edilmiş ərazilərdə beynəlxalq təşkilatlara çağırış ediblər
Azərbaycanlı itkin ailələri bəyanat yayaraq beynəlxalq təşkilatlara çağırış edib - FOTO
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər