Xankəndidə erməni əsilli vətəndaş vəfat edib
sizinxeber.az xəbər saytı

Xankəndidə erməni əsilli vətəndaş vəfat edib


Azərbaycan Respublikasının Xankəndi şəhər sakini, erməni əsilli 1954-cü il təvəllüdlü Aqasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub. Keçirilən məhkəmə-tibbi ekspertizanın ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub. Aqasyan Vera Varaşakovna Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsində olub, eyni zamanda ona lazımi sosial müdafiə dəstəyi göstərilib.

Oxşar xəbərlər

Zaqatalada 32 yaşlı qadın xəstəxanada vəfat edib
Zaqatalada 14 yaşlı yeniyetmə intihar edib
Meşədə üstünə ağac aşan Lerik sakini ölüb
Sumqayıtda kişi xəstəxanada yatan qardaşı arvadını palatada qətlə yetirib - YENİLƏNİB-1
Ağciyər Xəstəlikləri Mərkəzi yaradılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle