Meymunçiçəyi nədən keçə bilər, kimlər risk qrupuna aiddir?
sizinxeber.az xəbər saytı

Meymunçiçəyi nədən keçə bilər, kimlər risk qrupuna aiddir?




Meymunçiçəyi xəstəliyi bəzi insanlar üçün bir qədər daha təhlükəlidir.

Sizinxeber.az news.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim, professor Anatoli Altşteyn xəbərdarlıq edib.

Onun sözlərinə görə, meymun çiçəyi ilk növbədə tənəffüs yolu ilə ötürülür.

“Bu xəstəlik xüsusilə yoluxucu hesab edilmir, çünki virusun böyük dozası lazımdır. Ona görə də bu virus məhz yaxın təmas vasitəsilə ötürülür. İnsan heyvanlardan da yoluxa bilər, meymundan deyil, ümumi adı budur. O, gəmiricilərdən də insana keçə bilər”, - deyə həkim izah edib.

Həkim qeyd edib ki, adi çiçək xəstəliyi kimi, meymun xəstəliyi də insanlar üçün çox risklidir. Onun sözlərinə görə, bu xəstəlik xüsusilə immun problemi olan insanlar üçün təhlükəlidir. Altşteyn əlavə edib ki, hamilə qadınlar və uşaqlar da risk altındadır.

"Son iki ildə 99,5 min insanda meymun çiçəyi aşkarlanıb, bu halların çoxu ölümlə nəticələnib".

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus meymunçiçəyi epidemiyasını qlobal fövqəladə hal adlandırmışdı. ÜST rəhbərinin sözlərinə görə, 2024-cü ildə meymunçiçəyinə yoluxma hallarının sayı ötən ilki göstəricini ötüb - avqustun ortalarına olan məlumata görə, 14 mindən çox yoluxma halı qeydə alınıb.

Sizinxeber.az

Oxşar xəbərlər

Koronaya yoluxma artarsa, karantin olacaq - İnfeksionist [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI [xfgiven_updateblue][/xfgiven_updateblue]
ÜST: Meymun çiçəyi xəstəliyinin kütləvi yayılması fövqəladə haldır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səhiyyə Nazirliyi: Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"İstər böyük, istər uşaq olsun, hər kəs risk altındadır" - İnfeksionistdən qızılca ilə bağlı ÇAĞIRIŞ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər