Koronaya yoluxma artarsa, karantin olacaq - İnfeksionist
Son dövrlər dünyanın bir sıra ölkələrində, eləcə də qonşu Türkiyədə koronavirusa yoluxma sayının artması, eləcə də yeni ştamın ortaya çıxması Azərbaycanı da zəruri profilaktik tədbirlər görməyə məcbur edir. COVİD-19-a yoluxmaların sayı artarsa, karantin tədbirləri qaçılmazdır.
sx.buludhost.com xəbər verir ki, bu fikirləri Report-a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib.
Onun sözlərinə görə, COVİD-19-un yeni ştamı olan "Eris"in bir xüsusiyyəti var ki, insanların immun sistemində gizlənə bilir. Bu xüsusiyyətinə görə yeni ştam insanlarda ağırlaşmalara səbəb ola bilər:
"Bu səbəbdən insanlar maksimum şəkildə qorunmalıdırlar. Əsasən də vaksinasiyası olmayan insanlar təhlükə altındadır. Həmçinin yanaşı xəstəlikləri, onkoloji, revmatoloji xəstəliyi və immun sistemi aşağı olanlar risklə üz-üzədir. Hamilə və azyaşlılar xüsusən özlərini qorumalıdırlar. Bol maye qəbul etməli, maskadan istifadə olunmalıdır. Havalar soyuduğu üçün mövsümi infeksiyaların yayıldığı bir dönəmdəyik".
Həkim-infeksionist qeyd edib ki, sərhədlər açıq olduğu üçün insanlar diqqətli olmalı, özlərini qorumalı və vaksinasiya olunmalıdırlar. Çünki immun sistemi aşağı olanlar nəinki koronavirusun "Eris" növünə, bütün ştamlara yoluxa bilərlər:
"Qida rejiminə xüsusi diqqət yetirmək lazımdır. Həmçinin gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə saxlamaq, toplum olan yerlərdən uzaq durmaqla insanlar özlərini və yaxınlarını qoruya bilərlər".
Oxşar xəbərlər
Xəstəlik yenidən yayılır - Koronavirusun yeni ştamı sərhədimizə çatdı
TƏBİB-dən koronavirusun yeni variantı ilə bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ
Azərbaycanda koronavirusun "Eris" variantı aşkarlanıb? - RƏSMİ
“Virusun yeni mutasiyasının Azərbaycanda yayılma ehtimalı var” - İnfeksionistdən AÇIQLAMA
Azərbaycanda qızılcaya yoluxma sayı artır – Rəsmi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













