"İstər böyük, istər uşaq olsun, hər kəs risk altındadır" - İnfeksionistdən qızılca ilə bağlı ÇAĞIRIŞ
- 12-12-2023, 17:27
- Cəmiyyət
- 0
- 1 479
Məlum olduğu kimi, Səhiyyə Nazirliyinin məlumatına əsasən son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.
Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədil ilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.
Bəs, qızılca pandemiya halına çevrilə bilərmi?
Məsələ ilə bağlı Redaktor.az-a danışan infeksion xəstəlikləri və klinik mikrobiologiya uzmanı Vasif Əliyev bildirdi ki, qızılca halları sayca uşaqlar arasında deyil, eyni zamanda böyüklər arasında da yayılıb.
Onun sözlərinə görə, qızılca çox yoluxdurucu bir virus olduğuna görə təmas sonrası rahatlıqla başqa sağlam şəxslərə yayıla bilir:
"İstər böyük, istər uşaq olsun, hər kəs risk altındadır. Amma kim ki, daha öncə peyvənd vurdurub və ya bu xəstəliyi keçiribsə, onlar risk altında deyillər. Onlarda artıq qoruyuculuq var. Ona görə düşünmürəm ki, bir pandemiya halına çevrilsin. Çünki rutin olaraq onsuz da qızılcaya qarşı davamlı peyvəndlər vurulur.
Təbii ki, bəzi insanlar bəlkə də tərəddüd etdiklərinə görə vurdurmayıblar. Burada müxtəlif yaş qruplarından söhbət gedir. Onlar hazırda xəstəliyə qarşı risk altındadırlar. Ancaq hazırkı yoluxduruculuq qabiliyyətinin yüksək olduğunu nəzərə alaraq və ən etibarlı yol kimi bu xəstəlikdən qorunmaq üçün peyvənd vurdurmaqdır. Ona görə də tövsiyə edirəm hər kəs peyvənd vurdursun. Xüsusilə əgər bu cür xəstələrlə təmas varsa, üç gün ərzində peyvənd olunmağı unutmasınlar".


width="220" alt="Səhiyyə Nazirliyi qızılca xəstəliyi ilə bağlı vətəndaşlara müraciət edib" />
width="220" alt="Uşaqlar arasında viruslar niyə geniş YAYILIB? – İnfeksionistdən valideynlərə ÇAĞIRIŞ" />
width="220" alt="Azərbaycanda qızılcaya yoluxma sayı artır – Rəsmi" />
width="220" alt="Hansı şəxslər qızılca əleyhinə peyvənd olunmayacaq?" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />