Vidadi Bərdəlinin həbsdəki oğlu azadlığa buraxıldı
sizinxeber.az xəbər saytı

Vidadi Bərdəlinin həbsdəki oğlu azadlığa buraxıldı




Mərhum müğənni Vidadi Bərdəlinin 12 il müddətə həbsə məhkum edilmiş oğlu Tuncay Vəliyev azadlığa buraxılıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə V.Bərdəlinin həyat yoldaşı Naida Heydərova məlumat verib.

Bildirilib ki, məhkəmənin qərarı ilə Tuncay Vəliyev barəsindəki qətimkan tədbiri dəyişdirilib.

Qeyd edək ki, T.Vəliyev tanışı F.Ocaqquliyevlə birgə 2018-ci ildə taksi sürücüsü Rəşad Hüseynovu Nəsimi rayonu ərazisində qətlə yetirməkdə ittiham edilib. Lakin məhkəmə T.Vəliyevə ittiham olunduğu qəsdən adam öldürmə maddəsi üzrə bəraət verib. O, yalnız narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu ildə çıxardığı hökmlə F.Ocaqquliyev 19 il, T.Vəliyev isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Tuncay Vəliyev bir müddət müğənni kimi fəaliyyət göstərib.

Onu da qeyd edək ki, Vidadi Bərdəlinin digər nikahından olan oğlu Tural Allahverdiyev də hazırda həbsdədir. O, Bərdədə tanışını borca görə qətlə yetirməkdə təqsirli bilinib və 13 il 6 ay həbsə məhkum edilib.

Xatırladaq ki, V.Bərdəli 2012-ci il noyabrın 30-da 53 yaşında vəfat edib.

Sizinxeber.az

Oxşar xəbərlər

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda mahnı sifarişi və söyüş üstündə DSX-nin baş gizirini öldürməkdə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı tamamlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mahnı sifarişi üstündə DSX-nin baş gizirini öldürənlərin məhkəməsində zərərçəkmiş ifadə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
124 min manatlıq dələduzluq işində bəraət alan şəxsin hökmü ləğv edilib, məhkəmə zalından həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Külli miqdarda dələduzluqda ittiham olunan və məhkəmədən bəraət alan şəxs yenidən həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər