Kursk vilayətində Rusiya Qvardiyası T-72 tankını və iki zirehli maşını sıradan çıxarıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Kursk vilayətində Rusiya Qvardiyası T-72 tankını və iki zirehli maşını sıradan çıxarıb - YENİLƏNİB


Rusiya Qvardiyasının əsgərləri Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin bir tankını və iki zirehli texnikasını sıradan çıxarıblar.

APA xəbər verir ki, bu barədə TASS-a idarənin mətbuat xidmətindən məlumat verilib.

“Rusiya Qvardiyasının Kursk vilayəti üzrə İdarəsinin SOBR “Kmet” əməkdaşları drondan istifadə edərək hava kəşfiyyatı zamanı Sudjanski rayonunda Ukrayna Silahlı Qüvvələrinin texnikası və şəxsi heyətinin yığıldığını müəyyən ediblər. PUA-dan istifadə edən xüsusi təyinatlılar T-72 tankını, iki “Kozak” zirehli texnikasını vurub və düşmənin 12 şəxsi heyətini məhv ediblər”, - deyə idarədən bildirilib.

Xəbərdə o da bildirilir ki, meşədə Ukrayna Silahlı Qüvvələrinin mövqeləri aşkar edilib, 20-yə yaxın hərbçi məhv edilib.

***

11:15

Rusiya Qvardiyası PUA-nın köməyi ilə Kursk vilayətində T-72 tankını, iki zirehli maşını sıradan çıxarıb və Ukrayna Silahlı Qüvvələrinin 12 əsgərini məhv edib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Oxşar xəbərlər

Rusiya MN: Ukrayna ordusunun Kursk vilayətində irəliləməsi dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya MN: Ukrayna Kursk vilayətinə 11 tank və 300 hərbçi ilə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya MN Kursk istiqamətində döyüşlərin davam etdiyini bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya MN: Kursk vilayətində Ukrayna tərəfinin irəliləməsinin qarşısı alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu ilə bağlı BMT-yə müraciət göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər