Abadlaşan Şuşadan GÖRÜNTÜLƏR
sizinxeber.az xəbər saytı

Abadlaşan Şuşadan GÖRÜNTÜLƏR


Şuşada D3 və D4 yaşayış massivlərinin tikintisi sürətlə davam etdirilir və onların 2027-ci ilin birinci rübündə təhvil verilməsi planlaşdırılır.

Bu barədə Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin Ərazinin inkişafı və ictimai nəqliyyatın idarə olunması şöbəsinin müdiri Rza Abdullayev məlumat verib.

O bildirib ki, hazırda Şuşada aparılan inşaat işləri plana uyğun şəkildə həyata keçirilir:

"D4 massivi 12 bina və 212 mənzildən ibarətdir. Hazırda 10 bina və 254 mənzildən ibarət olan D3 yaşayış massivində birinci mərhələ üzrə inşaat işləri aparılır. Bu massivlərdə inşa edilən binalarda yeraltı avtodayanacaqlar da olacaq".

Baku TV-nin xəbərinə görə, Rza Abdullayev həmçinin D3 massivində həyata keçirilən işlər barədə məlumat verib:

"Bu massivdə 160 yerlik uşaq bağçasının layihələndirmə işləri davam etdirilir. 1 saylı məktəbin inşası artıq yekunlaşıb və fəaliyyət göstərir. Eyni zamanda, inşası davam edən yaşayış massivlərində istilik sistemi mərkəzləşdirilmiş qaydada işləyəcək. Bundan başqa, həyətyanı ərazilərdə uşaqlar üçün oyun meydançaları və velosiped dayanacaqları da olacaq. Yaxın zamanda D3 massivində tikinti işlərinin ikinci mərhələsinə başlanılacaq".

Rza Abdullayev əlavə edib ki, şəhərdə planlaşdırılan D7, D6, D8 və D10 massivlərinin layihələndirmə işləri artıq başa çatdırılıb.

Oxşar xəbərlər

Saat 12:00-dan 14:00-dək bu ərazidə İŞIQ OLMAYACAQ
Filippində 6 bal gücündə zəlzələ olub
Sabah bu kəndlərdə qaz olmayacaq
İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB
Hövsanda bu saatdan qaz OLMAYACAQ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər